DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

27.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı BPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları Nəsimi RPİ əməkdaşları ilə birgə Bakı şəhər sakini Emin Əhmədovdan 0,274 qram heroin, Xətai RPİ 35-ci PB əməkdaşları Bakı şəhərində kirayədə yaşayanlar, Gürcüstan vətəndaşları Aleks Çixoriyadan 0,229 qram, Georgiy Gelaşvilidən isə 0,211 qram heroin götürmüşlər, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Masallı rayon sakini Nizaməddin Şərifov 0,418 qram heroini satarkən tutulmuşdur. Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Samux rayon sakini Mirsayad Muradovdan 29,76 qram həşiş və 17,03 qram marixuana götürülmüşdür. M.Muradovun narkotik vasitəni Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Nazir Əliyevdən alması müəyyən edilmişdir. N.Əliyev tutulmuş, evinə baxış zamanı 349,27 qram marixuana, 38 ədəd çətənə bitkisi, habelə müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülmüşdür.