DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qazax rayonu "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində baş vermiş münaqişə nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilmişdir

26.04.2007

Saat 13:30 radələrində Qazax rayonu "Şıxlı" Sərhəd Nəzarət Məntəqəsində, Dövlət Sərhəd Xidmətinin əsgərləri ilə Türkiyə vətəndaşları arasında baş vermiş mübahisə ilə əlaqədar Türkiyə vətəndaşları Üzeyir Gezer və Kemal Özdəmir idarə etdikləri "Ford" və "Tofaş" markalı avtomaşınlarla şlaqbaumu sındırmışlar. Eləcə də, baş vermiş münaqişə zamanı əsgərlərdən Zakir Hüseynov, Elmir Rüstəmov və Elnur Əliyev, habelə Türkiyə vətəndaşları Orbay İrfan və Orbay Canan xəsarət almış və onlar xəstəxanaya yerləşdirilmişlər.