DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Bakı şəhər sakini Emin Həsənovdan 0,213 qram heroin, Bakı BPİ-nin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşları Nərimanov RPİ əməkdaşları ilə birgə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ədalət Fərəcullayevdən 0,248 qram heroin götürmüşlər, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Hümbətov 3,6 qram heroini həmyerlisi Seyfəddin Abdullayevə satarkən tutulmuşdur. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, DİN Miqrasiya Xidməti və Bərdə RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Mehman Hacıyev və Telman Şükürov 3 kiloqram 10 qram həşişi satarkən tutulmuşlar. Hacıqabul RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəıticəsində şəhər sakini Rəfayel Həsənov 9,31 qram marixuananı satarkən tutulmuş, ondan əlavə 11,48 qram marixuana götürülmüşdür. R.Həsənova narkotik vasitəni satmış həmyerlisi Malik İsmayılov da tutulmuş, ondan 34,14 qram marixuana götürülmüşdür.