DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.04.2007

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərəzə qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Rüstəm Seyidovdan 143,14 qram həşiş götürülmüşdür. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni ona satmış Nərimankənd kənd sakini, əvvəllər məhkum olunmuş Əziz Mustafayev tutulmuşdur. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Adil Hüseynovdan 0,554 qram heroin götürülmüşdür. Narkotik vasitəni ona satmış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Müslüm Ələkbərov tutulmuş, ondan 2,165 qram heroin götürülmüşdür. M.Ələkbərovun narkotik vasitəni Bakı şəhər sakini Mehman Haqverdiyevdən, onun isə həmyerlisi, əvvəllər məhkum olunmuş Yusif Mahmudovdan almaları müəyyən edilmişdir. M.Haqverdiyevdən 1,041 qram, Y.Mahmudovdan isə 2,156 qram heroin götürülmüşdür. DİN Çevik Polis Alayı və Nərimanov RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Niyaməddin Mehdiyevdən 0,209 qram və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Rəhim Cəfərovdan 0,258 qram heroin, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Ələkbər Əhmədovdan 0,167 qram heroin, Nizami RPİ 25-ci PB əməkdaşları Bakı şəhər sakini Tofiq Hüseynovdan 0,062 qram heroin, Astara RPŞ əməkdaşları rayon sakinləri Vüqar Rəhimovdan 0,721 qram və Bəhlul Əliyevdən 0,545 qram heroin, Ağdaş RPŞ əməkdaşları rayon sakini, əvvəllər məhkum olunmuş Rüstəm Yusifovdan 20,4 qram marixuana, Balakən RPŞ əməkdaşları Qullar kənd sakini Vahid Papaxovdan 61,5 qram marixuana, Quba RPŞ əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş Rauf Məlikovdan 0,323 qram heroin və 0,68 qram marixuana götürmüşlər.