DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qanunsuz balıq tutan və çöl quşları ovlayan dörd Kürdəmir rayon sakinindən ov ləvazimatları götürülmüşdür

24.04.2007

Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz balıq tutduqlarına və çöl quşlarını ovladıqlarına görə Kürdəmir rayon sakinləri Bayram Xankişiyev, Telman Rəhimov, Binnət Mahmudov və Xeyrulla Rəsulov saxlanılmışlar. Onlardan 4 ədəd ov tüfəngləri, 116 ədəd patron, 12 ədəd giliz, 12 ədəd çöl quşu, 10 kiloqram balıq və balıq tutmaq üçün ləvazimatlar götürülmüşdür.