DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakıxanov qəsəbəsindəki "Aygün" şadlıq sarayının qarşısında bıçaqlanma olmuşdur

24.04.2007

Aprelin 24-nə keçən gecə naməlum şəxs Bakıxanov qəsəbəsindəki "Aygün" şadlıq sarayının qarşısında Samir Babayevi və Qorxmaz Quliyevi bıçaqla yaralamışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş S.Babayev orada ölmüşdür. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Babayevi qətlə yetirmiş və Q.Quliyevə xəsarət yetirmiş Binə qəsəbə sakini Etibar Hüseynov tutulmuşdur.