DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Qaradağ RPİ 10-cu PB əməkdaşları Lökbatan qəsəbə sakini Bəxtiyar Mollayevdən 0,219 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşları Liman şəhər sakini Ağabala Əliyevdən 3,392 qram heroin, onun evinə baxış zamanı isə 44,653 qram tiryək, Sumqayıt ŞPİ əməkdaşları isə şəhər sakini Xaqani Atakişiyevdən 1,637 qram heroin götürmüşlər, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində isə Xaçmaz şəhər sakini Ravil Rəcəbovdan 0,215 qram heroin götürülmüş, İsmət Zülfüqarov isə 0,600 qram heroini satarkən tutulmuşdur.