Oğurluğa görə tutulmuş Bakı şəhər sakini C.Həsənovun digər oğurluq əməlləri də müəyyən edilmişdir
30.06.2014Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 12-də Nigar Rzayevanın evindən qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Cavid Həsənov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Vahid Hüseynovun evindən qızıl əşyalar oğurlaması da müəyyən edilmişdir.