DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Samir Novruzova qarşı quldurluq etmiş İlqar Əliyev tutulmuşdur

23.04.2007

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 22-də Xətai rayonu ərazisindəki " mil" mağazasında Samir Novruzova qarşı quldurluq etmiş Bakı şəhər sakini İlqar Əliyev tutulmuşdur. İ.Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun aprelin 22-də Elxan adlı şəxslə birgə Nobel prospektindəki «Minimarket» mağazasına getmələri və özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edərək oranın satıcısı Rac Heydərovu tapança ilə hədələyib pul tələb etmələri, lakin alıcıların mağazaya daxil olduğunu gördükdə 2 qutu siqaret və 2 ədəd meyvə şirəsi götürüb getmələri müəyyən edilmişdir.