DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür

23.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Məmməd Kərimovdan 0,223 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkadaşları Salyan rayon sakini Vidadi Şirəliyevdən 3 qram heroin və 20 qram həşiş, İmişli şəhər sakini Seymur Ocaqovdan 0,005 qram, Əli Bayramlı şəhər sakini Yadigar Məmmədovdan isə 0,165 qram heroin, Nizami RPİ əməkdaşları Gürcüstan vətəndaşları Davud Karanadzedən 0,216 qram, İsmayıl Mustafayevdən isə 0,228 qram heroin, Xızı RPŞ əməkdaşları isə Sitalçay kənd sakini Namiq Abbasovdan 0,213 qram heroin götürmüşlər.