Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Pirşağı-Sumqayıt mənzilinin 35-ci km-də "VAZ-2107" markalı avtomaşınla Bakı-Rostov sərnişin qatarı arasında qəza baş vermişdir

21.04.2007

Saat 20:10 radələrində Pirşağı-Sumqayıt mənzilinin 35-ci km-də, qorunmayan dəmir yolu keçidində, Sumqayıt şəhər sakini Yavər Qədiməliyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu Bakı-Rostov sərnişin qatarına vurmuşdur. Nəticədə Y.Qədiməliyev və onun sərnişinləri, arvadı Elnarə, oğlu Ceyhun, qardaşı Alı, Sumqayıt şəhər sakinləri Sevil Əliyeva və Şirin Qədiməliyev hadisə yerində ölmüş, habelə Y.Qədiməliyevin qızı, 2004-cü il təvəllüdlü Sevinc xəsarətlə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.