Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Səbail rayonu ərazisində Qobustan qəsəbə sakini Zülfüqar Əlicanov bədbəxt hadisə nəticəsində ölmüşdür

21.04.2007

Saat 01:00 radələrində Səbail rayonu ərazisində Qobustan qəsəbə sakini Zülfüqar Əlicanov idarə etdiyi "Kamaz" markalı avtomaşını yolun kənarında saxlamış və təhlükəsizlik tədbirləri görmədən onun arxasına keçmişdir. Bu zaman avtomaşın geriyə hərəkət etmiş və onu arxada dayanmış Sabirabad rayon sakini Azad Şirinova məxsus "Kamaz" markalı avtomaşına sıxmışdır. Nəticədə Z.Əlicanov hadisə yerində ölmüşdür.