DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
20.04.2007Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Çevik Polis Alayı və Xətai RPİ əməkdaşları Əli Bayramlı şəhər sakini Şahin Telizadədən 0,309 qram heroin, Baş Mühafizə İdarəsi əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Rəcəbovdan 0,208 qram heroin, Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Pərvanə Səlimovadan 0,375 qram heroin, Səbail RPİ əməkdaşları Badamdar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Albert Daşdiyevdən 10,178 qam heroin, Xətai RPİ əməkdaşları Mübariz Dadaşovdan 0,204 qram, Vidadi Məhərrəmovdan 0,545 qram heroin götürmüşlər.