Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zülfüqar Cəfərov və qardaşı Ələsgər tutulmuşlar

23.06.2005

İyunun 23-də saat 03.00 radələrində, maska geyinmiş 2 naməlum şəxs Ağabəyli kəndindəki yanacaq doldurma məntəqəsinə gəlib, oranın işçisi Faiq Əliyevi bıçaqla hədələyərək pul tələb etmiş, istədiklərinə nail olmadıqda bıçaqla onu yaralayaraq hadisə yerindən qaçmışlar. Ağcabədi RPŞ əməkdaşlarının keçirdikdəri əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətmiş Pərioğullar kənd sakinləri, əvvəllər məhkum olunmuş Zülfüqar Cəfərov və qardaşı Ələsgər tutulmuşlar. Aparılmış əməliyyat tədbirləri nəticəsində onların cari ilin iyun ayının 21-də Hacıbədəlli kəndindəki yanacaq doldurma məntəqəsinin işçisi Əflatun Quliyevə qarşı da quldurluq etmələri müəyyən edilmişdir.