DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hüquq-mühafizə oqanları tərəfindən yabanı halda bitmiş çətənə kolları yığılaraq məhv edilmişdir

22.06.2005

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 2 hektar sahədə yabanı halda bitmiş, çəkisi 29 ton olan 450 min ədəd çətənə kolu, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində 0,10 hektar sahədə yabanı halda bitmiş, çəkisi 405 kiloqram olan 2115 ədəd xaş-xaş kolu, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Aşağı Tala kəndi ərazisində 0,5 hektar sahədə yabanı halda bitmiş, çəkisi 970 kiloqram olan 2620 ədəd çətənə kolu, Goranboy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qara Süleymanlı kəndi ərazisində 0,30 hektar sahədə yabanı halda bitmiş, çəkisi 311 kiloqram olan 1243 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.