DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

16.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sabunçu RPİ əməkdaşları Bakı şəhər sakinləri Asif Dadaşovdan 0,230 qram, Rüfət Sultanovdan isə 0,254 qram heroin, Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini Telman Talıbovdan 0,213 qram heroin, Yevlax RPŞ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Nemət Həsənovdan 51,27 qram marixuana, Tovuz RPŞ əməkdaşları rayon sakini Cabir Müseyibovun evinə baxış zamanı 17,16 qram marixuana, Sabirabad RPŞ əməkdaşları narkotik vasitə ilə tutulmuş Namiq Rəhimovun evinə baxış zamanı əlavə 1,1 qram heroin götürmüş, Nərimanov RPİ 16-cı PB əməkdaşları isə Bakı şəhər sakini Mütail Alışovdan 1,69 qram həşiş götürmüş, narkotik vasitəni ona satmış qonşusu Eldar Hüseynbəyov isə tutulmuşdur. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Musarza Şükürovdan 0,290 qram heroin götürülmüşdür. Onun mənzilinə baxış zamanı əlavə 4,361 qram heroin aşkar edilərək götürülmüşdür.