Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.04.2007

Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış təldbirləri nəticəsində martın 29-da Maştağa qəsəbəsindəki 39 saylı poçt şöbəsindən oğurluq etmiş qəsəbə sakinləri Zaur Quliyev və Bahadur Manafov tutulmuşlar. Z.Quliyevdən 0,156 qram, B.Manafovdan isə 0,153 qram heroin götürülmüşdür. Onların ətrafında aparılmış tədbirlər nəticəsində cari ilin fevralın 13-də Maştağa qəsəbəsində, qəsəbə sakini Elçin İsgəndərova məxsus "Uşaq aləmi" mağazasından geyim əşyaları oğurlamaları müəyyən edilmişdir. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ 20-ci PB əməkdaşları Bakı şəhər sakinləri Həmid Babayevdən 0,218 qram, Akif Zalovdan isə 0,231 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşları Bakı şəhər sakini Xanım Hüseynovadan 0,244 qram heroin götürmüşlər.