DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Yusif İsgəndərova qarşı soyğunçuluq etmiş şəxslər tutulmuşlar

12.04.2007

Saat 13:00 radələrində 3 naməlum şəxs Nəsimi rayonu ərazisində Bakı şəhər sakini Yusif İsgəndərovu "VAZ-2107" markalı avtomaşına oturdub ona qarşı zor tətbiq edərək mobil telefonunu almışlar. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş avtomaşının sürücüsü, Mingəçevir şəhər sakini Ceyhun Qurbanov və sərnişini, həmyerlisi Anar Qurbanov tutulmuşlar.