DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkoik vasitələr götürülmüşdür

12.04.2007

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Zaur Kərimovdan 3,17 qram tiryək, Ağcabədi rayon sakini Faiq Həsənovdan isə 0,518 qram heroin, Baş Mühafizə İdarəsi əməkdaşları Bakı şəhər sakini Müşfiq Əliyevdən 0,219 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşları Bakı şəhər sakini Ramin Mirzəyevdən 0,238 qram heroin, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Məmmədqasımovdan 0,216 qram heroin götürmüş, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Rüdəkaran kənd sakini Bəxtiyar Həsənov 3,123 qram heroini satarkən tulumşdur.