Kəlbəcər rayon sakini Elyəddin Ələsova bıçaqla xəsarət yetirmiş Amil Məmişov tutulmuşdur
02.05.2014Mayın 3-də Gəncə şəhərinin ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə Kəlbəcər rayon sakini Amil Məmişov münaqişə zəminində həmyerlisi Elyəddin Ələsova bıçaqla xəsarət yetirmişdir.
Kəlbəcər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məmişov tutulmuşdur.