Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Tərtər rayonunun Bəyim Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi

10.04.2007

Saat 12:00 radələrində Tərtər rayonunun Bəyim Sarov kəndi ərazisində Ağdam rayon sakini Qüdrət Məmmədovun idarə etdiyi "Kamaz" markalı və Kəlbəcər rayon sakini Bəylər Zeynalovun idarə etdiyi "QAZ-21" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə B.Zeynalovun sərnişinləri, qızı, 2001-ci il təvəllüdlü Xəyalə, oğlu, 2002-ci il təvəllüdlü Xaliq, Tərtər rayon sakinləri Əli Quliyev, Abbas Abbasov, onun arvadı Sara, Goranboy rayon sakinləri Səltənət Zeynalova və Asəf Zeynalov hadisə yerində ölmüş, xəsarət almış B.Zeynalov və arvadı Xalidə isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri ağırdır.