Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DIO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

10.04.2007

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Salahovdan 0,256 qram, əvvəllər məhkum olunmuş Natiq Qafarzadədən isə 0,245 qram heroin, DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Qoca Şişqaryanidən 0,191 qram heroin, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Əfqan Göyüşovdan 0,213 qram heroin, Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Əhməd Əliyevdən 0,254 qram, Müşfiq Mikayılovdan isə 0,269 qram heroin, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Namiq Rəhimovdan 2,1 qram heroin götürülmüşdür.