Şəxsiyyəti məlum olmayan 3 nəfər Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasından içərisində 20.000 manat olan dəmir seyfi aparmışlar
29.04.2014Aprelin 30-da saat 05 radələrində Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıb oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb “Mercedes” markalı avtomobildə hadisə yerindən getmişlər.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.