Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nizami rayonu Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi

09.04.2007

Saat 08:50 radələrində Nizami rayonu Heydər Əliyev prospektində (körpünün altında) Bakı şəhər sakinləri Vüqar Vəliyevin idarə etdiyi "Mercedes" markalı, Ceyhun Mehdiyevin idarə etdiyi "Mercedes-250" markalı, Akif Qasımovun idarə etdiyi "Mazda" markalı, Rəhman Əliyevin idarə etdiyi "Mercedes" markalı, Zaur Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı və Samir Tanrıverdiyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış Z.Allahverdiyev, C.Mehdiyev və onun sərnişini, Bakı şəhər sakini Azər Həsənov xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.