Gəlir əldə etmək məqsədilə insan alveri ilə məşğul olaran Gülzar Nəcəfova tutulmuşdur
09.04.2007İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Gülzar Nəcəfova insan alveri ilə məşğul olaraq gəlir əldə etmək məqsədilə qadınları Birləşmiş Ərəb Əmirliklərinə aparıb cinsi istismara məruz qoyması faktı ilə əlaqədar tutulmuşdur.