Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

09.04.2007

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mirfazil Həbibovdan 0,160 qram heroin götürülmüşdür. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 8-də Sulutəpə qəsəbə sakini İbadət Əliyevə qarşı zor tətbiq edərək mobil telefonunu ondan almış Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuşlar Əkrəm Rəsulov və Sumqayıt şəhər sakini Müşfiq İsmayılov tutulmuşlar. Ə. Rəsulovdan 0,209 qram heroin və M.İsmayılovdan 0,83 qram tiryək götürülmüşdür.