Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

06.04.2007

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nağı Quliyevdən 4,58 qram heroin götürülmüşdür. N.Quliyevə narkotik vasitəni satmış Bakı şəhər sakini Rafət Novruzov və Neftçala rayon sakini Pərviz Əzizov tutulmuşlar. P.Əzizovdan 1,16 qram heroin, R.Novruzovdan isə 20,2 qram heroin və 3,5 qram tiryək götürülmüşdür. R.Novruzovun evinə baxış zamanı əlavə 6,7 qram heroin aşkar edilərək götürülmüşdür.Qaradağ RPİ və Ədliyyə Nazirliyinin Pentensiar Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Ramiz Hüseynov və Ukrayna vətəndaşı Eldar Rzayev, Qobustan həbsxanasında cəza çəkən Rəfail Xasıyevə 61,29 qram tiryək ötürdükləri üçün tutulmuşdur. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər BPİ Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Nəsimi RPİ əməkdaşları Namiq İrzayevdən 0,329 qram heroin, Binəqədi RPİ əməkdaşları Ağdaş rayon sakini Elmar Kərimovdan 1,57 qram həşiş, Suraxanı RPİ əməkdaşları əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 0,258 qram heroin, Xızı RPŞ əməkdaşları Sumqayıt şəhər sakini Elçin Mehdiyevdən 1,21 qram marixuana və 0,335 qram heroin, Sabunçu RPİ əməkdaşları Şuşa şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Məmmədovdan 0,81 qram tiryək, Sumqayıt ŞPİ əməkdaşları əvvəllər məhkum olunmuş Mehdi Əliyevdən 0,212 qram, Elşən Rüstəmovdan isə 0,237 qram heroin götürmüşlər. Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 3-də Elnur Məsimova qarşı quldurluq etmiş cinayətkar qrupun digər üzvü Bülbülə qəsəbə sakini Valeh Dəmirov tutulmuşdur. Ondan 0,183 qram heroin götürülmüşdür. V.Dəmirovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Bülbülə qəsəbə sakini Rövşən Heydərov ilə birgə aprelin 5-də Bayram Murtuzova qarşı da quldurluq etmələri müəyyən edilmişdir. Laçın rayon sakini, əvvəllər məhkum olunmuş Səhrab Həsənov 3 qram marixuananı könüllü olaraq Sabirabad RPŞ əməkdaşlarına təhvil vermişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində S.Həsənova narkotik vasitəni satmış Sabirabad şəhər sakini, əvvəllər məhkum olunmuş Rza Həsənov tutulmuş, ondan 34,5 qram marixuana götürülmüşdür.