DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

02.04.2007

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərman Məmmədovdan 0,223 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakinləri, əvvəllər məhkum olunmuşlar Rəşad Əliyevdən 0,235 qram heroin, Əli Quliyevdən isə 0,208 qram heroin, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sergey Manovdan 0,245 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazax rayon sakini, əvvəllər məhkum olunmuş Yalçın Qocayevdən 4,131 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Nadir Alməmmədovdan 0,269 qram heroin götürülmüş, Əzizbəyov RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Mərdəkan qəsəbəsində kirayədə yaşayan Qazax rayon sakini Bəxtiyar Nurməmmədovun evinə baxış zamanı satış məqsədilə saxladığı 904,5 qram civə aşkar edilərək götürülmüşdür.