Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayonunun Poşbina kəndində keçirilən toy məclisində yaranmış münaqişə iki nəfərin ölümü ilə nəticələnmişdir

26.03.2007

Saat 02:00 radələrində Balakən rayonunun Poşbina kəndində keçirilən toy məclisində, Qullar kənd sakinləri Mübariz Umayevlə qohumu Elşən Orucov arasında münaqişə baş vermişdir. Toy məclisindən sonra Qullar kəndinə qayıtmış Elşən, qardaşları Eyvaz və İlqarla birgə Mübarizin həyətinə gəlmişlər. Orada onlarla Mübariz, onun qardaşı Zaur və atası Əlixan arasında münaqişə baş vermişdir. Münaqişə zamanı Əlixan, Zaur, Eyvaz, Elşən və qonşuluqdan köməyə gəlmiş Fazil Ağcayev bıçaq yaraları almışlar. Nəticədə F.Ağcayev və Ə.Umayev ölmüş, digərləri isə xəstəxanaya yerləşdirilmişlər. Elşənin vəziyyəti ağır, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir. Faktla əlaqədar rayon prokurorluğunda cinayət işi qaldırılmış, istintaq aparılır.