Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

26.03.2007

Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Hüseynov 6,33 qram marixuananı həmyerliləri Rəşad Məmmədova və Əziz Hüseynova satarkən tutulmuşlar, Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Nizami Nəhmədovdan 0,95 qram tiryək, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göyçay rayon sakini Zahid Kərimovdan 8 qram marixuana, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rakif Əliyevdən 1,511 qram tiryək, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Xəqani Balaşovdan 1,445 qram heroin götürülmüşdür.