Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

25.03.2007

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Füzuli Əmənovdan 0,185 qram heroin götürülmüşdür. F.Əmənova narkotik vasitəni satmış həmyerlisi Vüqar Əmirov tutulmuşdur. Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini Aslan Abbasovdan 6,35 qram marixuana götürülmüşdür. A.Abbasova narkotik maddəni satmış Hidayət Məmmədov tutulmuşdur. Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aygün Süleymanovadan 0,226 qram heroin, əvvəllər məhkum olunmuş Samir Seyidovdan isə 0,266 qram heroin, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Seymur Qafarovdan 0,246 qram, Məmməd Əliyevdən isə 0,231 qram heroin, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Rasim Məmmədovdan 0,215 qram heroin, Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Ülvi Əliyevdən 0,228 qram heroin, Mingəçevir ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Vasif Məmmədovdan 0,47 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Natiq Xəlilovdan 0,178 qram heroin, Tərtər RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon sakini İlham Həsənovdan 0,224 qram heroin götürülmüşdür.