Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 21 cinayət faktı qeydə alınmışdır

23.03.2007

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 21 cinayət faktı qeydə alınmışdır ki, onların da 17-i "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 4 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 7 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.