Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Aran-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi

21.03.2007

Saat 20.40 radələrində Aran-Bəhrəmtəpə yolunun Ağcabədi rayonu, Qarəvəlli kəndi ərazisində rayon sakini, 1954-cü il təvəllüdlü Azər Həsənov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu kanala aşırmışdır. Nəticədə, A.Həsənovun sərnişinləri, oğlu, 1995-ci il təvəllüdlü Fuad, bacısı, 1950-ci il təvəllüdlü Lyuda və qohumu, 2003-cü il təvəllüdlü İntizam Məmmədova boğulmuş, özü isə xəstəxanaya yerləşdirilmişdir.