Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhəri ərazisində iki yol-nəqliyyat hadisəsi

21.03.2007

Saat 17.00 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakinləri Ramin Abdullayevin idarə etdiyi "VAZ-2107" markalı və Zamin Abdullayevin idarə etdiyi "VAZ-2103" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə, "VAZ-2107" markalı avtomaşının sərnişini, Şamaxı rayon sakini Ramin Məmmədov hadisə yerində ölmüş, xəsarət almış Z.Abdullayev və sərnişinləri, arvadı Nurcahan, qızı Sevinc və Ramin Əliyev xəstəxanaya yerləşdirilmişlər. Saat 13.00 radələrində Gəncə şəhəri ərazisində, şəhər sakini Ruslan Əsgərov "ZİL-130" markalı avtomaşını idarə edərkən, həmyerlisi Akif Hüseynovu vurmuşdur. Nəticədə, A.Hüseynov hadisə yerində ölmüşdür.