Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 22 cinayət faktı qeydə alınmışdır

17.03.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 22 cinayət faktı qeydə alınmışdır ki, onların da hamısı "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 24 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər ölmüş, 8 nəfər isə yaralanmışdır. - 8 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 46 nəfər tutulmuşdur.