Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İmişli Rayon Paylayıcı Elektrik Şəbəkəsinə məxsus elektrik naqili oğurlamış Elçin Babaşov və Rəfayel Əliyev tutulmuşlar

17.03.2007

Martın 12-nə keçən gecə İmişli rayonunun Meliorator qəsəbəsində Rayon Paylayıcı Elektrik Şəbəkəsinə məxsus 750 metr uzunluğunda elektrik naqili kəsilərək oğurlanmışdır. İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakinləri Elçin Babaşov və Rəfayel Əliyev tutulmuşlar.