Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində yol-nəqliyyat hadisəsi

17.03.2007

Saat 13:30 radələrində, İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində Bakı şəhər sakinləri Nazim Ömərovun idarə etdiyi "Mersedes" markalı və Arif Mansurovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə hər iki sürücü və sərnişinlər, Şamaxı rayon sakini Alay Mürsəlov, Bakı şəhər sakinləri Lamiyə Nəsibli, onun oğlanları Kənan və Kamran hadisə yerində ölmüşlər.