Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
17.03.2007Saat 21:50 radələrində Masazır qəsəbəsi ərazisində, Sumqayıt şəhər sakinləri Roman Babayevin idarə etdiyi "BMW" markalı və Fuad Cavadovun idarə etdiyi "Mersedes" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış hər iki sürücü və "Mersedes" markalı avtomaşının sərnişinləri, Sumqayıt şəhər sakinləri Elxan Şükürov, Natiq Hacıəliyev xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.