Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

17.03.2007

DİN Baş Cinayət-Axtarış İdarəsi və Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakinləri Elşad Əliyevdən 9,93 qram marixuana, əvvəllər məhkum olunmuş Ağamir Sadıqovdan 7,16 qram marixuana, Özbəkistan vətəndaşı Elşən Əliyevdən isə 15,3 qram marixuana, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Siyəzən rayon sakini Zahid Rəsulovdan 0,167 qram heroin, DİN-in Çevik Polis Alayı və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Kazımbəyovdan 0,209 qram heroin, Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Firəngiz Hidayətovadan 0,197 qram heroin, Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini İlqar Əsgərovdan 31,654 qram heroin götürülmüşdür. Ağdam rayon sakini Bakir Nuriyev 1,2 qram heroini könüllü olaraq polisə təhvil vermişdir. B.Nuriyevə narkotik vasitəni satmış Dəvəçi rayon sakini Natiq Kazımov tutulmuş, ondan 2 qram heroin götürülmüşdür.