Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş vermişdir
24.01.2014Yanvarın 24-də saat 07 radələrində Nərimanov rayonu A.Neymətulla küçəsindəki avtodayanacağın gözətçi otağında yanğın baş vermişdir. Yanğın söndürüldükdən sonra oranın gözətçisi Mikayıl Əsədovun üzərində bıçaq xəsarətləri olan yanmış meyiti tapılmışdır.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.