Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində yol-qəza hadisəsi
18.06.2005Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində Bakı şəhər sakini Hilal Süleymanovun idarə etdiyi «Mersedes» markalı avtomaşınla, Ocaqlı kənd sakini Nəbi Qasımovun idarə etdiyi traktor toqquşmuşdur. Nəticədə H.Süleymanovun sərnişinlərindən Yadulla Süleymanov ölmüş, xəsarət almış H.Süleymanov və digər sərnişinləri, Bakı şəhər sakinləri Sakit Süleymanov, Atlas Süleymanova, Lalə Süleymanova, oğlanları Hilal və Səid xəstəxanaya yerləşdirilmişlər.