Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

15.03.2007

Naxçıvan MR DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Zaur Qasımovdan 131,05 qram marixuana və 2 ədəd şpris, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Natiq Məlikovdan 0,236 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayon sakini Ramil Quliyevdən 0,245 qram heroin, Bakı şəhər sakini Aydın Əliyevdən 0,214 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Zaur Məmmədovdan 0,452 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini Rahim Adıyevdən 0,578 qram heroin götürülmüşdür.