Gün ərzində 25 cinayət faktı qeydə alınmışdır
09.03.2007- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 25 cinayət faktı qeydə alınmışdır ki, onların da 22-si "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 1 nəfər ölmüş, 1 nəfər isə yaralanmışdır. - 1 yanğın hadisəsi qeydə alınmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 6 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.