Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 33 cinayət faktı qeydə alınmışdır

05.03.2007

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 33 cinayət faktı qeydə alınmışdır ki, onların da 31-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 3 nəfər ölmüşdür. - 2 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 46 nəfər tutulmuşdur.