DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
05.03.2007Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elmar Rzayevdən 0,217 qram heroin, Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Gündüz Əliyevdən 0,218 qram heroin, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Çingiz Ağayevdən 1,264 qram tiryək, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Dadaş İsmayılovdan 0,265 qram heroin, Gəncə ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İrakli Feyzullayevdən 0,197 qram heroin, Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Rusiya Federasiyası vətəndaşı Pərviz Baxişiyevdən 0,096 qram heroin götürülmüşdür.