DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

28.02.2007

Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Zəkiyevdən 0,225 qram heroin götürülmüşdür. A.Zəkiyevə narkotik vasitəni satmış Bakı şəhər sakini Bəxtiyar Əliyev tutulmuş, ondan 0,234 qram heroin götürülmüşdür. Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Sərraf Nişatidən 1,047 qram heroin götürülmüşdür. S.Nişatiyə narkotik vasitəni satmış Bakı şəhər sakini Elşən Xankişiyev tutulmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Seymur Ağayevdən 2,148 qram heroin və 6,24 qram marixuana, Əzizbəyov RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Boris İbrahimovdan 16,05 qram marixuana, Qaradağ RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini İlkin Süleymanovdan 0,170 qram heroin, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Bahadur Əlişanovdan 0,198 qram heroin, Xanlar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Tovuz rayon sakini Məhərrəm Nəsirovdan 225,18 qram marixuana götürülmüşdür.