DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

27.02.2007

Xətai RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Teymur Məmmədovdan 0,199 qram heroin, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əzim Mirzəyevdən 0,221 qram, Füzuli rayon sakini Rövşən Kazımovdan isə 0,219 qram heroin, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Sarvan kənd sakini Arif İsmayılovdan 0,182 qram heroin və 4,08 qram həşiş, Astara rayon sakini, əvvəllər məhkum olunmuş Həbib Hüseynovdan 0,213 qram heroin götürülmüşdür.