Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhərindəki "N" saylı hərbi hissənin ərazisində, yaşayış binasında yanğın baş vermişdir

24.02.2007

Saat 01:45 radələrində Sumqayıt şəhərindəki "N" saylı hərbi hissənin ərazisində 3 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində, həmin hərbi hissənin giziri Rövşən Orucovun yaşadığı 2 otaqlı evdə yanğın baş vermişdir. Nəticədə bütövlükdə otaqların yanar konstruksiyaları və oradakı əşyalar yanmış, R.Orucov yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilmiş, arvadı Fərqanə, oğlu - 2001-ci il təvəllüdlü Əmrah, qızları Aişə və Nuranənin isə yanmış meyitləri tapılmışdır.