DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür

24.02.2007

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Elşad Nəzərovdan 0,396 qram heroin, DİN-in Çevik Polis Alayı və Nəsimi RPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Oqtay Əhmədovdan 0,327 qram, Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Kərimovdan isə 0,345 qram heroin, Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Hüseynəli Ağayevdən 0,217 qram heroin, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini İlham Bəndəliyevdən 0,235 qram heroin götürülmüşdür.