Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Noyabrın 17-də Cəlilabad rayon sakini X.İbayevə məxsus inəkləri oğurlamış dörd şəxsdən üçü tutulmuşdur

18.11.2013

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də Xudaşükür İbayevə məxsus 6 baş inəyi oğurlamış rayon sakinləri Araz Məmmədov, Şamxal Niftullayev, Bakı şəhər sakini Camal Əliyev tutulmuş, Kamal Əliyev isə müəyyən edilmişdir.

A.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun,  həmyerliləri Elçin Mahmudov və Nahid Məmmədovla birgə oktyabrın 8-də Cəlilabad rayon Poçtunun 1 saylı Filialından 1 ədəd (içi boş) seyfi və oktyabrın 12-də Elçin Qurbanova məxsus mağazadan danışıq kartları və ərzaq məhsulları oğurlamaları da müəyyən edilmişdir.

Eləcə də, onların cari ilin sentyabr ayı ərzində Cəlilabad rayon sakinləri Hilal Quliyevə məxsus aptekdən 247 manat pul,  Əzizxan Quliyevə və Rəhim Əsgərova məxsus mağazalardan ərzaq məhsulları və danışıq kartları oğurlamaları da müəyyən edilmişdir.

18.11.2013 tarixinə olan kriminal məlumatlar